Sinqapurdan yenə xoş xəbər gəldi
17 Avqust 2010 Çərşənbə Axşamı 15:05
Yığmamız aktivinə daha bir qızıl medalı əlavə edib.
Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya Oyunları davam edir. Yarışların üçüncü günündə komandamız aktivinə dördüncü qızıl medalı yazdırıb. Komandamızın heyətində Nicat Rəhimov fərqlənib. Ağır atletika yarışlarında o Çin və Kuba idmançılarını geridə qoyaraq, Olimpiya çempionu adını qazanıb.

Xatırladaq ki, Azərbaycan yığma komandasının aktivində 3 qızıl medal var idi. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar