Sinqapur Olimpiadasında oruc tutanlara jest
17 Avqust 2010 Çərşənbə Axşamı 20:40
Menyulara İslamda haram buyurulan ərzaqlar daxil edilməyib.
Sinqapurda keçirilən I Yay Olimpiya Oyunlarında oruc tutanlar üçün səhər yeməyinin vaxtında dəyişiklik edilib.

Bu haqda Olimpiadada iştirak edən Milli Olimpiya Komitəsinin üzvü, jurnalist Elnur Əşrəfoğlu məlumat verib.

Onun sözlərinə görə, oruc tutanlar gecə saat 4-dən etibarən yeməklərini yeyə bilərlər. Səhər yeməyinin menyusuna İslamda haram buyurulan ərzaqlar, o cümlədən, donuz əti daxil edilməyib. İftar açanlar üçün isə axşam yeməyinin vaxtı lazımi qədər uzadılıb.

Təşkilat komitəsi Ramazan ayının qaydalarını nəzərə almasını belə izah edib: “Sinqapurda kifayət qədər müsəlman yaşayır. Ona görə də müsəlman adət-ənənələrindən xəbərdarıq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar