Bu gün futbol üzrə Avroliqanın ilk mərhələsinə start verilib. Ölkəmizi bu turnirdə təmsil edən “Simurq” klubu ilk matçını Tofiq Bəhramov adına Respublika Stadionunda İsrailin “Bney Yehuda” kollektivinə qarşı keçirib.
Matçın ilk dəqiqələri kəşfiyyat xarakteri daşısa da, birinci hissə qonaqların üstünlüyü ilə keçib.
İkinci hissənin 55-ci dəqiqəsində oyunda ilk təhlükəli vəziyyət yaranıb. Belə ki, “Simurq” komandasının 21 nömrəli oyunçusu Petrovun qapıya doğru endirdiyi zərbə qapı tirinə tuş gəlib.
Oyunda hesabı qonaqlar açıb. Görüşün 82-cı dəqiqəsində qonaqların 4 nömrəli oyunçusu Boni fərqlənib. Qarşılaşma 0:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, oyunu 16 min azarkeş izləyib.
Samin Abdullayev /ANS PRESS/