Simurq klubunun oyunçu dərdi
28 Fevral 2010 Bazar 18:10
Simurqkomandasında 18 futbolçu qalıb
"Turan"la 22-ci turun oyunundan sonra bir həftəlik istirahətə buraxılan "Simurq" Zaqatala Olimpiya İdman Kompleksində bir araya gəlib. Komanda Premyer Liqanın final mərhələsi və ölkə kubokuna hazırlığı 18 futbolçu ilə davam etdirir.

qapıçılar - Fuad Əhmədov, Səbuhi Əhmədov
müdafiəçilər - Rasim Ramaldanov, Rüstəm Məmmədov, Yuri Bulıçov, Kaxaber Çxetiani
yarımmüdafiəçilər - Ruslan Qunçak, Tural Cəlilov, David Bolkvadze, Roman Axalkatsi, Ramil Sayadov, Ramil Ağayev, Camal Məmmədov
hücumçular - Aleksandr Qolban, Elşən Məmmədov və Ramin Nəsibov.

Əlavə olaraq əvəzedici heyətdən daha bir neçə gənc futbolçu əsas komanda ilə birgə hazırlaşır. Bu gündən intensiv məşqlərə start verəcək "Simurq" hədəf kimi ölkə kubokunun 1/4 final mərhələsində "Olimpik-Şüvəlan"la ilk oyunu götürüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar