Simurq klubu Ruhid Usubovla yollarını ayırdı
19 İyun 2012 Çərşənbə Axşamı 17:48
Simurq klubu Ruhid Usubovla yollarını ayırdı. Əvəzində Zaqatala təmsilçisi Ruslan Poladovla müqavilə imzalayıb.
“Simurq” klubu daha bir futbolçu ilə yollarını ayırıb. Klubdan ANS PRESS-ə verilən məlumata görə, 2011-ci ildən Zaqatala təmsilçisinin heyətində çıxış edən Ruhid Usubov ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Ötən mövsümün ikinci dövrəsindən icarə əsasında “Simurq”da çıxış edən Ruslan Poladovla isə birillik müqavilə imzalanıb.

“Simurq” müqavilə müddəti başa çatdığına görə komandadan ayrılan gənc futbolçu Rəşad Eyyubovla da artıq ilkin razılığa gəlib. Gənc futbolçu ilə bu həftə ərzində rəsmi müqavilə imzalanacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar