Simurq istirahətə buraxıldı
22 Fevral 2012 Çərşənbə 21:16
Simurq istirahətə buraxıldı. Komanda fevralın 25-dən hazırlığını davam etdirəcək.
Unibank Premyer Liqasının XXI turundan sonra Azərbaycan milli komandasının təlim-məşq toplanışı ilə bağlı yaranmış fasiləni nəzərə alan “Simurq”un məşqçilər korpusu futbolçuları istirahətə buraxıb. ANS PRESS-in Peşəkar Futbol Liqasının saytına istinadən verilən məlumata görə, komanda fevralın 25-də Zaqatalada bir araya gələrək hazırlıqları davam etdirəcək.
Qeyd edək ki, Andreys Rubins Latviya yığmasına çağrıldığına görə martın 1-də Zaqatalaya gələcək. 33 yaşlı futbolçudan başqa İlkin Qırtımov və Rüstəm Abbasov da U-21 Azərbaycan milli komandasına dəvət olunduqlarına görə məşqlərə gec qatılacaq.
DOSTLARINLA PAYLAŞ: