"Simurq" Gürcüstanda qələbə qazandı
13 İyun 2009 Şənbə 12:20
Zaqatala təmsilçisi yoldaşlıq oyununda "Sioni" klubunu 1-0 hesabı ilə məğlub edib

 

İyunun 9-dan etibarən Gürcüstanda təlim-məşq toplanışında olan Zaqatalanın "Simurq" klubu ilk yoxlama görüşünü keçirib. Klubun rəsmi saytının xəbərinə görə, Tiflsin "Lokomotiv" stadionunda "Sioni" ilə qarşılaşan “Simurq” qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb. Zaqatala təmsilçisinin yeganə qoluna oyunun 75-ci dəqiqəsində baxışda olan belaruslu hücumçu Pavel Beqanski imza atıb. Məşlərini davam etdirən "Simurq"un növbəti yoxlama görüşü iyunun 15-ə planlaşdırılıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar