Simurq Gürcüstan çempionu qarşısında əyilmədi
    24 Yanvar 2010 Bazar 18:30
    Zaqatala təmsilçisi Simurq Rustavi şəhərinin "Olimpi" klubu ilə "sülh" bağlayıb
    
                	 
    
         Gürcüstanda təlim-məşq toplanışında olan "Simurq" üçüncü yoxlama görüşünü keçirib. Bu dəfə Roman Pokoranın yetirmələri Gürcüstan çempionu, Rustavi şəhərinin "Olimpi" klubu ilə qarşılaşıb.
"Simurq"un baş məşqçisi hər iki hissədə fərqli heyətlərə şans verib və komandalar meydandan "sülh"lə ayrılıb - 1:1. "Simurq"un qoluna baxışda olan futbolçu imza atıb.
Zaqatala klubu növbəti yoxlama görüşü yanvarın 25-də keçirəcək. Rəqibin kimliyi barədə hələlik heç bir məlumat verilmir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: