Simurq 2 futbolçunu sınaqdan keçirir
17 İyul 2012 Çərşənbə Axşamı 21:07
Zaqatala təmsilçisinin heyətinə baxış üçün yeni futbolçular dəvət edilib.
Avstriyada təlim-məşq toplanışda olan "Simurq" hazırlıqları davam etdirir. Toplanışın 3-cü günündə Zaqatala təmsilçisinin heyətinə baxış üçün dəvət edilmiş yeni futbolçular da qoşulub.
Klubdan ANS PRESS-ə verilən məlumata görə, bunlar yarımmüdafiəçilər, slovak Branislav Fodrek və polyak Burkxard Marçindir. Hazırda komandada baxışda olan legioner futbolçuların sayı səkkiz nəfərə çatıb. Onlar haqqında son qərar yoldaşlıq görüşlərindən sonra məşqçilər korpusu tərəfindən veriləcək.
Qeyd edək ki, "Simurq" sabah Avstriyada ilk yoldaşlıq görüşünə çıxacaq. "Əl-Əhli" komandası ilə keçiriləcək yoxlama matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
DOSTLARINLA PAYLAŞ: