Simao "Beşiktaş"ı seçdi
22 Dekabr 2010 Çərşənbə 18:30
İstanbul klubu futbolçunun transferinə 2 milyon avro xərcləyib
Türkiyənin “Beşiktaş” klubu “Atletiko” (Madrid) klubunun futbolçusu Simao Sabroza ilə razılıq əldə edib. İspaniyanın “AS” qəzeti futbolçunun mövsümün ikinci yarısından etibarən “Beşiktaş”da forma geyinəcəyini yazıb. Qəzetin iddiasına görə, Simao “Kral kuboku” turniri çərçivəsində “Espanyol”a qarşı oyunda sonuncu dəfə “Atletiko”nun formasını geyinəcək. “Beşiktaş”ın Simao Sabroza üçün qarşı tərəfə 2 milyon avro verdiyi bildirilir.

Xatırladaq ki, Simao bu mövsüm “Atletiko”nun forması altında İspaniya çempionatında 15 matçda meydana çıxaraq 4 qola imza atıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar