Şimali İrlandiya-Azərbaycan oyununun hakimləri dəyişdi
07 Noyabr 2012 Çərşənbə 22:47
Matçın ukraynalı hakimlər briqadası idarə edəcək.
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də, Belfast şəhərində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununu idarə edəcək hakimlər briqadasında dəyişiklik edilib. ANS PRESS-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, oyunda baş hakim Viktor Şvetsovun birinci köməkçisi Mikola Levko deyil, Aleksandr Kornıyko olacaq.

Matçın dördüncü hakimi isə Anatoli Abduladır. Oyunun hakimlər briqadası Ukraynadandır. Matçın hakim-inspektoru Avstriyadan Günter Benkö, oyunun komissari İsveçrədən Tomas Grimmidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar