“Sevilya” İspaniya Kubokunu qazandı
20 May 2010 Cümə Axşamı 03:00
Sevilya Avropa Liqasının qalibinin qapıçısından iki cavabsız top keçirib.
“Sevilya” klubu İspaniya Kubokunun qalibi olub. Komanda Barselonada keçirilən final oyununda Madridin “Atletiko” klubunu 2:0 hesabı ilə məğlub edib.

Avropa Liqasının qaliblərinin qapısından qolları Diyeqo Kapel (5-ci dəqiqə) və Xesus Navas (90-cı dəqiqə) keçirib.

“Sevilya” artıq başa çatan İspaniya çempionatında 4-cü yeri tutub və növbəti mövsümdə Çempionlar Liqasında yarışacaq. Çempionatı turnir cədvəlinin 9-cu pilləsində bitirən “Atletiko” isə Avropa Liqasında çempion adını qorumaq uğrunda mübarizə aparacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar