Sevil Bünyadova “Baku Fencing Open-2010” turnirinin qalibi oldu
23 May 2010 Bazar 03:55
Aida Ələsgərova bürünc medala layiq görülüb, Sevinc Bünyadova isə dördüncü yeri tutub.
Bakı İdman Sarayında qadınlar arasında sablya üzrə “Baku Fencing Open-2010” ikinci beynəlxalq satelliti qılıncoynatma turnirinin qalibləri müəyyən edilib.
Azərbaycan yığma komandasının heyətində Səbinə Mikina, Aida Ələsgərova, Yekaterina Proxova, Dilarə Quliyeva, Arzu Kərimova, Aysel Mirzəyeva, Sevil və Sevinc Bünyadova bacıları yarışırdı. Onların rəqibləri Almaniya və Gürcüstan nümayəndələri olub.
Finalda öz həmvətəni Səbinə Mikinaya qalib gəlmiş Sevil Bünyadova turnirin qızıl medalını qazanıb. Aida Ələsgərova bürünc medala layiq görülüb, Sevinc Bünyadova isə dördüncü yeri tutub.
Xatırladaq ki, bu turnir iyulun 17-22-də Leypsiqdə keçiriləcək Avropa çempionatında və noyabrın 4-13-də Parisdə dünya çempionatında iştirak etmək üçün seçmə mərhələdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: