Şevçenko avtomobil qəzasına düşdü
03 Dekabr 2009 Cümə Axşamı 17:40
Şevçenko avtomobil qəzasına düşdü. Futbolçu yüngül xəsarət alıb.
Ukraynanın “Dinamo” klubunun futbolçusu Andrey Şevçenko avtomobil qəzasına düşüb. Onun idarə etdiyi “Porsche Panamera Turbo” avtomobili Kiyevin mərkəzində “Honda CRV” maşını ilə toqquşub.

Şahidlərin sözlərinə görə, qəzaya günahkar “Honda”nın sürücüsü olub. O, Şevçenkonun avtomobilinə yol verməyib və nəticədə qəza törədib.

Andrey Şevçenko yüngül xəsarət alıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar