Sesk Fabreqas satılmır!
19 İyul 2013 Cümə 17:57
"Barselona" Sesk Fabreqas ilə bağlı heç bir təklifi qəbul etməyəcək.
Kataloniyanın “Barselona” klubu yarımmüdafiəçisi Sesk Fabreqasdan ayrılmaq niyyətində deyil. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, klub bu futbolçu ilə bağlı heç bir təklifi qəbul etməyəcək.

“Barselona”nın vitse-prezidenti Xosep Mariya Bartomeunun sözlərinə görə, kataloniyalı yarımmüdafiəçi transfer bazarına çıxarılmayacaq və ümumiyyətlə o, komandada qalacaq.

Qeyd edək ki, daha əvvəl “Mançeter Yunayted” klubu 26 yaşlı futbolçuya rəsmən transfer təklifi göndərmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar