Serena Uilyams yenə qalibdir
30 Yanvar 2010 Şənbə 16:00
Serena Uilyams 5-ci dəfədir ki, “Australian Open”də birinci olur
Amerika tennisçisi Serena Uilyams şənbə günü birinci dərəcəli Açıq Avstraliya çempionatının final mərhələsində belçikalı Justin Enenə qalib gələrək beşinci dəfə çempion adını qazanıb.

Dünya reytinqinin lideri və yarışın hazırkı qalibi dünyanın eks-birinci raketkası üzərində 6:4, 3:6, 6:2 hesabları ilə qəbələ qazanaraq titulunu qoruyub.

Xatırladaq ki, əvvəllər Serena Uilyams bacısı Vinus ilə birgə Australian Open-2010-nun qadınların qoşa yarışında qalib olmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar