Serbiyalı gözəlçə Bojana Jovanovski Baku Cup 2012 qalibi oldu
28 İyul 2012 Şənbə 15:16
Bojana Jovanovski Baku Cup 2012 finalında ABŞ tennisçisini məğlub edib.
Tennis Akademiyasında “Baku Cup-2012” beynəlxalq turnirinin şəxsi yarışlarının final oyunu keçirilib. AzərTAc xəbər verir ki, turnirdə şəxsi yarışların həlledici qarşılaşması Serbiya tennisçisi Boyana Yovanovski və ABŞ idmançısı Culiya Kohen arasında olub.

Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda hər iki setdə, müvafiq olaraq 6:3 və 6:1 hesabı ilə qalib gələn Boyana Yovanovski “Baku Cup-2012” Beynəlxalq turnirinin qalibi olub–2:0.

Qoşa yarışların final mərhələsində isə Eva Birnerova (Çexiya) - Alberta Briyanti (İtaliya) cütlüyü İrina Buryaçok (Ukrayna) - Valeriya Solovyeva (Rusiya) dueti ilə qarşılaşacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar