Serbiya millisinin baş məşqçisi diskvalifikasiya edildi
08 İyul 2010 Cümə Axşamı 01:15
FİFA-nın bu qərarına Radomir Antiçin Dünya Çempioanatındakı davranışı səbəb olub.
Futbol üzrə Serbiya millisinin baş məşqçisi Radomir Antiç 4 oyunluq diskvalifikasiya edilib. Buna Dünya Çempionatında Avstraliya yığması ilə oyundakı məblubiyyətdən sonrakı epizod səbəb olub.

Qrum mərhələsinin sonuncu oyununda Avstraliya yığmasına 1:2 hesabı ilə məğlub olan serblər 1/8 finala çıxmaq şansını əldən buraxmışdılar. FİFA bu məğlubiyyətdən sonra Radomir Antiçin məşz hansı hərəkətinə görə cəzalandırıldığını dəqiqləşdirmir. Bu, yalnıh “yolverilməz davranış” kimi təqdim olunub. Məşqçi 14 min İsveçrə frankı məbləğində cərimə də edilib.

Beləliklə, Radomir Antiç 2012-ci ilin Avropa çempionatının seçmə mərhələsinin ilk oyunlarında komandaya ehtiyat oyunçular skamyasından rəhbərlik edə bilməyəcək. Sperbiyanın Futbol Federasiyası isə FİFA-nın qərarını həddindən artıq sərt hesab edir və şikayət etmək niyyətindədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar