Serbiya - Azərbaycan: 9-8
06 Fevral 2012 Bazar Ertəsi 01:31
Futzal yığmamız AÇ-də ikinci məğlubiyyətini alıb.
Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandası Serbiya yığması ilə qarşılaşıb. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, gərgin mübarizə şəraitində keçən oyun 9:8 hesabı ilə serbiyalı futzalçıların xeyrinə başa çatıb.

Millimizin heyətində Jadder Dantas het-trik, Felipe isə dubl edib. Hərəyə 1 dəfə Rizvan Fərzəliyev və Tyaqo fərqlənib. 1 qolun müəllifi isə Serbiya yığmasının heyətində topu öz qapısından keçirən Vidan Boyoviç olub.

Xatırladaq ki, futzal yığmamız qrupun ilk oyununda Portuqaliya komandasına 1:4 hesabı ilə uduzmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar