Sərbəst güləşçilər arasında güclülər müəyyənləşib
16 İyun 2010 Çərşənbə 23:15
4 çəki dərəcəsində qaliblərin adı məlum olub.
Güləş üzrə Azərbaycan çempionatında sərbəst növü seçmiş idmançıların çıxışına yekun vurulub. Sərhədçi Olimpiya İdman Mərkəzində keçirilən yarışda bu gün 4 çəki dərəcəsində qalib və mükafatçıların adlarına aydınlıq gəldi.

Güləş üzrə ölkə çempionatında 120 kiloqramda Toxtar Temrezov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Maksim Proxorova qalib gəlib. Bu çəkidə üçüncülük Mixail Qazzayevlə, Səlim Zaxarova qismət olub.

Çəkisi 96 kiloqrama qədər olan güləşçilərin yarışında isə bürünc mükafatlar Cavid Məmmədovla, Şərif Şərifova nəsib olub. Mehman İmanquliyev isə finalda Cəmaləddin Maqomedova uduzaraq gümüş medala qane olub.

Çəkisi 84 kiloqrama qədər olan idmançıların mübarizəsində həlledici qarşılaşma Çamsulvara Çamsulvarayelə, Hacı Əliyev arasında baş tutub. Nəticədə rəqibindən daha üstün nəzərə çarpan Çamsulvara ölkə çempionluğunu bayram edib. Bu çəkidə üçüncü yeri Azər İsrafilovla, Roman Bəkirov tutub. 74 kiloqramda isə Əşrəf Əliyev finalda Elnur Əliyevə heç bir şans verməyib.

Azərbaycan çempionatının gedişatı zamanı yaranmış fasilədə isə regionlar kuboku uğrunda yarışın final görüşləri təşkil olunub. 1993-94-cü il təvəllüdlü güləşçilərin mübarizəsində qaliblərin adlarına 10 çəki dərəcəsində aydınlıq gəlib.

Qeyd edək ki, güləş üzrə Azərbaycan çempionatında sabah klassiklərin yarışına start veriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar