Azərbaycan Güləş Federasiyası sərbəst güləş üzrə yığmanın baş məşqçisi Maqomedxan Aratsilovu heç yana buraxmaq fikrində deyil. Federasiya dağıstanlı mütəxəssisin istefa ərizəsini qəbul etməyib. Baş məşqçi “apasoprt”a verdiyi müsahibədə vətəninə qayıdacağını bildirib: ”Mənimlə Azərbaycan Güləş Federasiyası arasında müqavilə yox, ancaq şifahi razılıq var idi. Buna görə də müqaviləmin bitdiyi haqda danışmaq olmaz. Mən sadəcə, Azərbaycanda fəaliyyətimi başa vururam.”
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin ANS PRESS-ə verdiyi məlumatda isə bunların tam əksi bildirilib. Belə ki, federasiya Aratsilovla şifahi razılıq əsasında yox, müqavilə əsasında işləyir. Mütəxəssisin Azərbaycan Güləş Federasiyası ilə müqaviləsinin hələ başa çatmadığı və onun anlaşmanın sonuna qədər Azərbaycanda qalacağı bildirilib.
Gəray Qiyasov /ANS PRESS/