Şenol Günəş “Trabzonspor” azarkeşini coşdurdu
07 Dekabr 2009 Bazar Ertəsi 10:50
Klub baş məşqçi Şenol Günəş rəhbərliyi altında ilk matçını qələbə ilə başa vurdu
Türkiyənin “Trabzonspor” klubu yeni baş məşqçi Şenal Günəşin rəhbərliyi altında ilk qarşılaşmasına çıxıb.

Türkiyə futbol çempionatının 15-ci turunda “Ankaragücü” ilə görüşən “Trabzonspor” rəqibini 3:0 hesabı ilə məğlub edib. Qara dəniz təmsilçisinin heyətində qollara Umut Bulut, Gabriç və Kolman imza atıb.

Qələbə sayəsində “Trabzonspor” xallarının sayını 24-ə yüksəldərək 7-ci yerdəki mövqeyini qoruyub.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar