Seneqallı qolkiperin Naxçıvan sərgüzəştləri...
16 May 2010 Bazar 21:10
Xalidu Sissoko avtobus sürücüsü olmaq həvəsinə düşüb.
Lənkəranda "Xəzər Lənkəran"a qalib gəlib "İnter"i çempion edən "Bakı"nın düşərgəsində oyundan sonra yüksək əhval-ruhiyyə hökm sürürdü. Hətta ehtiyatda qalan və Marko Şarliyanın əvəzləyicisinə çevrilməsi ilə barışan Xalidu Sissokonun da kefi pozulmamışdı.
Həmişə orijinal zarafatları ilə özündən söz etdirən seneqallı qolkiper bu dəfə də ənənəsinə sadiq qaldı. Oyundan sonra "Bakı" klubuna məxsus avtobusda sürücünün yerini "işğal" edən Sissoko mikrofonu əlinə götürərək, komanda yoldaşları və klub rəsmiləri ilə zarafat etməyə macal tapdı. Özünü marşrut avtobuslarındakı dispetçerlər kimi aparan qolkiper "20 qəpik, 20 qəpik" deyib, qışqırandan sonra əvvəlcə "Bakı"nın icraçı direktorunu, daha sonra baş menecerini mikrofonla səslədi: "Yaraş Seidov", "Zeynal muallim, gəl". Bu zaman "Bakı"nın baş meneceri Zeynal Məmmədov avtobusa yaxınlaşaraq, "mən bir manat verəcəm" deməklə Sissokonun zarafatına zarafatla cavab verdi.
Bununla kifayətlənməyən Sissoko daha sonra Naxçıvana avtobus sürmək fikrinə düşdü. Həmişə özünün naxçıvanlı, adının isə Xalid olduğunu deyən seneqallı futbolçu "Naxçıvana gedən var" dedi.
Bütün bunlar baş verərkən, Saşa Yunisoğlu da komanda yoldaşını tək qoymadı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: