Sən də bacararsan ANS TV-də
29 Oktyabr 2010 Cümə 14:40
AFFA növbəti layihəsi Sən də bacararsanı həyata keçirib.
AFFA tərəfindən ölkəmizdə qadın futbolunun inkişafı, kütləviliyinin təmin olunması, təbliğatının genişləndirilməsi və qızların bu idman növünə olan marağının artırılması məqsədilə müxtəlif layihələr həyata keçirilir. Belə layihələrdən biri “Sən də bacararsan” çoxseriyalı filmidir.

“Sən də bacararsan” filminin 1-ci hissəsi noyabr 14-də, saat 15:15-də ANS telekanalında efirə gedəcək. Filmin növbəti hissələrinin ANS TV-də yayımının vaxtı barədə məlumat veriləcək.

Qeyd edək ki, 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında 2012-ci ildə keçiriləcək Dünya çempionatının final mərhələsi Azərbaycanda təşkil olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar