"Şəmkir"in qolkiperi qəfildən vəfat edib
18 Fevral 2011 Cümə 19:33
Bu üzdən PFL I divizionun "Bakılı" - "Şəmkir" oyununu təxirə salıb
I divizionun "Bakılı" - "Şəmkir" oyunu təxirə salınıb. Buna səbəb "Şəmkir"in qapıçısı Tural Taleh oğlu Hacıyevin qəfil vəfatı olub. O, fevralın 13-də "Şahdağ"la oyunda 90 dəqiqə komandasının qapısını qoruyub.
Kapitan sarğısını daşıyan Tural "Şəmkir" güclülər dəstəsində oynayanda da komandanın formasını geyinib.
PFL klubun müraciətini nəzərə alaraq, oyunu təxirə salıb.
DOSTLARINLA PAYLAŞ: