Şəhriyar Məmmədyarov “Range Rover”lə qəzaya düşdü
13 May 2011 Cümə 12:22
Şəhriyar Məmmədyarov qəzaya düşdü. Hadisə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində baş verib.
Tanınmış qrossmeysterimiz Şəhriyar Məmmədyarov avtomobil qəzasına uğrayıb. Apasport.az saytının xəbərinə görə, hadisə Sumqayıt şəhəri 13-cü mikrorayon ("Şərq bazarı" adlanan yerdə) ərazisində baş verib.

Şahmatçının idarə etdiyi “Range Rover” "VAZ 2107" markalı avtomobillə toqquşaraq, ağır qəza vəziyyəti yaradıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, yol kənarı səkini aşan avtomobil təqribən 25-30 metr kənara sürüşüb.

Son məlumata görə, hadisə nəticəsində itki yoxdur. Məmmədyarovun qolundan və sağ ayağından yüngül zədə ilə qurtulduğu deyilir.

Şahmatçı hadisənin baş verdiyini təsdiqləyib: "Hər şey birdən oldu. Heç nə başa düşmədim. Şükür ki, ölüm-itim yoxdur. Bir balaca qolumda ağrı hiss edirəm. Toqquşduğumuz maşının sürücüsü də sağ-salamatdır”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar