Şəhriyar Məmmədyarov israilli Boris Helfanda uduzub
07 May 2011 Şənbə 23:01
“Şahmat tacı”na iddialı həmyerlilərimiz növbəti görüşlərini keçirdilər. Şəhriyar Məmmədyarov israilli Boris Helfanda uduzub.
Rusiyanın Kazan şəhərində keçirilən şahmat üzrə namizədlər turnirində 1/4 final mərhələsinin növbəti görüşləri baş tutub. Yarışda ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov ağ fiqurlarla oynamasına baxmayaraq, israilli Boris Helfanda uduzub.
Teymur Rəcəbov isə rusiyalı Vladimir Kramniklə sülh bağlayıb. Beləliklə, Şəhriyar iddiasını saxlamaq üçün son oyunda Helfandı məğlub etməlidir. Teymur isə yarışı tərk etməmək üçün ən azı heç-heçə oynamalıdır.
Xatırladaq ki, namizədlər turnirinin qalibi “Şahmat tacı” uğrunda hindistanlı Vişvanatan Anandla görüşmək hüququ qazanacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: