Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb
18 May 2010 Çərşənbə Axşamı 22:15
FİDE Qran-prisinin 8-ci turu baş tutub. Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb.
Rusiyanın Həştərxan şəhərində keçirilən şahmat üzrə FİDE Qran-prisində həmyerlimiz Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb. O, rusiyalı Yevgeni Alekseyevi məğlub edib.

Digər iki həmyerlimiz isə 8-ci turda da heç-heçəyə razılaşıb. Liderlər qrupunda yer alan Vüqar Həşimov çinli Van Yue ilə, Teymur Rəcəbov isə İsrail şahmatçısı Boris Helfandla xallarını yarı bölüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar