Şəhriyar Məmmədyarov gümüş medal qazandı
11 Sentyabr 2009 Cümə 13:20
Hindistanın Kəlküttə şəhərində başa çatan şahmat turnirində təmsilçilərimiz də, iştirak edib
Hindistanın Kəlküttə şəhərində beynəlxalq şahmat turniri başa çatıb. Turnirdə iştirak etmiş şahmatçılarımızdan ən yüksək nəticəni Şəhriyar Məmmədyarov göstərib. Qrossmeystrimiz yarışda 2-ci yeri tutub. Sonuncu turda Çexiya şahmatçısı Viktor Lazniçka üzərində qələbə qazanan Şəhriyar Məmmədyarov 7,5 xalla 2-ci yeri özünə təmin edib. Beynəlxalq şahmat turnirində iştirak edən digər təmsilçilərimiz Rauf Məmmədov və Qadir Hüseynov isə 6,5 xalla yarışda 10-17-ci yerləri bölüşdürüblər. Turnirin qalibi adını isə Vyetnam şahmatçısı Le Kuanq Liem qazanıb.
DOSTLARINLA PAYLAŞ: