Şəhriyar Məmmədyarov “gözə gəldi”
20 İyul 2010 Çərşənbə Axşamı 12:10
Şahmatçımız Şəhriyar Məmmədyarov Dortmund turnirində uduzaraq liderliyini əldən verib.
Almaniyanın Dortmund şəhərində beynəlxalq şahmat turniri davam edir. Ötən turun lideri olan təmsilçimiz Şəhriyar Məmmədyarov keçmiş dünya çempionu, ukraynalı Ruslan Ponomaryovla qarşılaşıb. Qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov mövqe üstünlüyünü əldən verərək 51-ci gedişdə məğlub olub.
Digər keçmiş dünya çempionu Vladimir Kramnik də bu turu qələbə ilə başa vurub. Rusiyalı şahmatçı Almaniya təmsilçisi Arkadi Naydiçlə mübarizədən qalib ayrılıb. Macarıstan nümayəndəsi Pert Leko isə turnirin sensasiyasına çevrilən vyetnamlı Le Kuanq Lyemə uduzub.
Beş turdan sonra turnir cədvəlində ümumi vəziyyət belədir: R.Ponomaryov- 3,5xal, Ş.Məmmədyarov və Le Kuanq Lyem hərəyə 3 xal, V.Kramnik - 2,5 xal, P.Leko və A.Naydiç hərəyə1,5xal. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: