Şəhriyar Məmmədyarov Ermənistan təmsilçisi ilə qarşılaşacaq
08 Noyabr 2010 Bazar Ertəsi 13:15
Şəhriyar Məmmədyarov Rusiyada önəmli matç keçirəcək.
Rusiyanın paytaxtı Moskva şəhərində dünya çempionu Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri davam edir. Rusiya Şahmat Federasiyasının rəsmi saytında yer alan məlumata görə, yarışda artıq III turun görüşləri oynanılıb. Bu turda təmsilçimiz Şəhriyar Məmmədyarov Aleksey Şirovu məğlub edib.
Turun digər oyunlarında isə bu nəticələr qeydə alınıb: Sergey Karyagin - Nakamura 0,5:0,5, Levon Aronyan – Boris Gelfand 1:0, Aleksandr Qrişuk - Van Xao 0,5:0,5, Pavel Elyanov – Vlodimir Kramnik 0:1.
Üç turdan sonra Şəhriyar Məmmədyarovun aktivində 2 xal var. Bu gün baş tutacaq IV tur çərçivəsində Şəhriyar Məmmədyarov Ermənistan şahmatçısı Levon Aronyanla qarşılaşacaq.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: