Şəhriyar Məmmədyarov Dortmund turnirində heç-heçə oynadı
25 İyul 2010 Bazar 03:05
Şahmatçımız Şəhriyar Məmmədyarov liderdən bir xal geri qalır və ikinci pillədədir.
Ukraynalı qrossmeyster Ruslan Ponomaryov Almaniyanın Dortmund şəhərində keçirilən şahmat turnirində liderliyi davam etdirir. O, ən yaxın rəqiblərini, o cümlədən, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovu bir xal qabaqlayır.
Şənbə günü keçirilən 9-cu turda Ruslan Ponomaryov Şəhriyar Məmmədyarovla qarşılaşıb. Şahmatçımızın ağ fiqurlarla oynadığı qarşılaşmada qrossmeysterlər sülhlə ayrılıblar.
Le Kuanq Lyem (Vyetnam)-Peter Leko (Macarıstan) qarşılaşması da heç-heçə başa çatıb. Rusiyalı Vladimir Kramnik isə alman Arkadi Naydiçə məğlub olub.
Turnir cədvəli: Ruslan Ponomaryov - 6 xal, Şəhriyar Mammədyarov, Le Kuanq Lyem - hər biri 5 xal; Vladimir Kramnik, Arkadi Naydiç - hərəyə 4 xal; Peter Leko - 3 xal.
10-cu tur bu gün keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: