Şəhriyar Məmmədyarov Dortmund superturnirinə qələbə ilə başladı
16 İyul 2010 Cümə 23:00
Həmyerlimiz Şəhriyar Məmmədyarov ev sahibi olan alman şahmatçısını məğlub edib.
Almaniyanın Dortmund şəhərində keçirilən şahmat üzrə “Sparkassen chess meeting” turnirinin ilk turu həmyerlimiz Şəhriyar Məmmədyarov üçün uğurlu olub. Çünki, Azərbaycan şahmatının lideri yarışa qələbə ilə başlayıb.

Qrossmeysterimiz Şəhriyar Məmmədyarov Dortmund superturnirinin ilk turunda almaniyalı Ardkadiy Naydiçlə üz-üzə gəlib. Qara fiqurlarla oynamasına baxmayaraq, Şəhriyar bu görüşdə qələbə qazana bilib.

Turun digər görüşlərinə gəlincə, ukraynalı Ruslan Panamaryov ağ fiqurlarla Macar Petr Lekonu məğlub edib. Rusiyalı Vladimir Kramniklə vyetnamlı Le Lyam Qanq isə xal bölgüsünə üstünlük verib.

İkinti turun görüşləri isə bu dəqiqələrdə keçirilir. Şəhriyar Məmmədyarov Petr Leko ilə üz-üzə gəlir. Qanq Naydiçlə, Panamaryov isə Kramniklə münasibətlərinə aydınlıq gətirir. Xatırladaq ki, 10 turdan ibarət turnirə iyulun 25-də yekun vurulacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar