Səbinə Mikina Olimpiadanın növbəti mərhələsində
01 Avqust 2012 Çərşənbə 18:30
1/8 finalda Səbinə Mikinanın rəqibi ukraynalı Olqa Xarlan olacaq.
Olimpiadanın qılıncoynatma növündə yeganə təmsilçimiz Səbinə Mikina püşkün nəticəsinə əsasən mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Apasport.az saytının məlumatına görə, sablya növündə qüvvəsini sınayan həmyerlimiz ilk görüşündə almaniyalı Aleksandra Bujdosa ilə münasibətlərinə aydınlıq gətirib.

Bakı vaxtı ilə saat 17:30-da başlayan qarşılaşma həmyerlimiz üçün uğurlu alınıb. O, hesabda geridə olmasına baxmayaraq (0:6), yekunda 15:13 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib.

1/8 finalda onun rəqibi ukraynalı Olqa Xarlan olacaq. Görüş saat 18:45-də başlayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar