Şaxtyor klubu altıncı dəfə Ukrayna çempionu oldu
08 May 2011 Bazar 00:36
Şaxtyor klubu qızıl medalları vaxtından əvvəl təmin edib.
Donetskin “Şaxtyor” klubu futbol üzrə Ukrayna çempionatının qızıl medallarını vaxtından əvvəl qazanıb.

“Mədənçi”lər 28 tur çərçivəsində Donetsk derbisində “Metallurq”u 2:0 hesabı ilə məğlub edib və xallarının sayının 70-ə çatdırıb.

Ukrayna çempionatının başa çatmasına iki tur qalmış “Şaxtyor” ən yaxın təqibçisi olan Kiyev “Dinamo”sunu 8 xal qabaqlayır. Yuri Syominin komandası 28-ci turda səfərdə “Karpatı”nı 2:1 hesabı ilə məğlub edib.

Üçüncü yeri Dnepropetrovskun “Dnepr” klubu (53) xal tutur. Onun bürünc medallar uğrunda mübarizədə əsas rəqibi Xarkovun “Metallist” komandasıdır. Xarkovlular 51 xal toplayıblar və bir oyun az keçiirblər.

“Şaxtyor” 2002, 2005, 2006, 2008 və 2010-cu illərdə Ukrayna çempionu olub. Kiyev “Dinamo”sunun hesabında 13 çempionluq titulu var. ANSPRSS


DOSTLARINLA PAYLAŞ:

oyunlar