Saşa Yunisoğlu yığmadan kənarlaşdırıldı
03 Oktyabr 2009 Şənbə 22:15
Saşa Yunisoğlu yığmadan kənarlaşdırıldı. Buna səbəb futbolçunun zədələnməsidir.
Azərbaycan yığması 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynlə rəsmi oyun öncəsi daha bir futbolçusunu itirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan milli komandamızın müdafiəçisi Saşa Yunisoğlu zədələndiyi üçün heyətdən çıxarılıb.
“Bakı” klubunda çıxış edən 24 yaşlı futbolçu artır heyətdən çıxarıldığı üçün oktyabrın 10-da Vadutsda, bundan 4 gün sonra Rusiya yığması ilə Bakıdakı rəsmi görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, milli komandamızın baş məşqçisi Berti Foqts buna qədər iki müdafiəçi – Rəşad Sadıqovla (“Qarabağ”) Samir Abbasovun (“İnter”) xidmətindən məhrum olub. Yığmanın kapitanı olan Rəşad zədəsini təzələdiyi üçün Lixtenşteyn və Rusiya ilə çağırılan oyunlara heyətdən çıxarılıb.
Frankfurtda hazırlıq prosesində iştirak edən Samir Abbasov isə cəzalı olduğu üçün Lixtenşteynlə oyunda kənarda qalacaq. O, ruslara qarşı qarşılaşmada meydanda çıxış edə biləcək.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: