Saşa Yunisoğlu azad agent oldu
06 Yanvar 2013 Bazar 18:07
"Neftçi" iki futbolçu ilə yollarını ayırmaq qərarı verib.
"Neftçi" qış fasiləsində iki futbolçu ilə yollarını ayırmaq qərarı verib. Bu haqda qol.az-a klubun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbasazadə məlumat verib. Onun sözlərinə görə, mövsümün əvvəlində komandaya transfer olunan müdafiəçi Saşa Yunisoğlu ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib və o, azad agent statusu alıb.

Bundan başqa, "Neftçi" gənc hücumçusu İlham Allahverdiyevi transferə çıxarıb. Klub rəsmisi qeyd edib ki, İ.Allahverdiyev yalnız icarə əsasında başqa bir komandaya keçə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar