Sarkozi Anrini yanına çağırdı
23 İyun 2010 Çərşənbə 16:30
Fransa prezidenti futbolçu Anrini sorğu-sual edəcək.
Fransa prezidenti Nikola Sarkozi yığmanın futbol üzrə dünya çempionatında uğursuz çıxışının səbəbini aydınlaşdırmaq qərarına gəlib. Prezident komandanın uğursuzluğu ilə bağlı futbolçu Tyeri Anri ilə söhbət edəcək.
Xatırladaq ki, Fransa yığması dünya çempionatında “A” qrupunda mübarizə aparırdı. Komanda Meksika yığmasına 0:2, CAR-a 1:2 hesabı ilə uduzmuşdu.
Uruqvayla oyunda 0:0 hesabı ilə heç-heçə oynayan Fransa yığması sonda qrup səddini aşa bilməyərək mundialda çıxışını başa vurmuşdu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: