Sarı vərəqə qaydalarında dəyişiklik oldu
21 İyun 2010 Bazar Ertəsi 03:50
Artıq yarımfinalda sarı vərəqə görən futbolçular finalda iştirak edə biləcək.
Beynəlxalq Futbol Federasiyası Birliyi (FİFA) ulduz oyunçuların iyulun 11-də keçiriləcək final qarşılaşmasında cəzalı vəziyyətə düşməməsi üçün sarı vərəqə qaydasında dəyişiklik edib. Yeni qaydaya görə, futbolçu yarım final qarşılaşmasında birbaşa və ya ikinci sarı vərəqədən sonra qırmızı vərəqə görərsə final oyununa çıxa bilməyəcək.

Qeyd edək ki, daha əvvəlki qaydaya görə, bir dəfə sarı vərəqə görən futbolçu yarım finalda da sarı vərəqə görərsə final qarşılaşması üçün cəzalı vəziyyətdə olurdu.

Yəni, 1990-cı ildə argentinalı Klaudio Kanica, 1994-də italyan Alessandro Kostakurta və 2002-ci il alman Mixail Ballakın Dünya Kubokunda vərəqə cəzalısı kimi final oyunlarında iştirak edə bilməmələrini nəzərə alan FİFA rəsmiləri bir sarı vərəqə ilə finaldan əvvəl cəzalı vəziyyətə düşmə qərarını ləğv edib.

FİFA rəsmisi Mariya Şnayder, qurumun məqsədinin ulduz futbolçulara finalda da forma geyinmək hüququ vermək olduğunu deyib.

Qeyd edək ki, FİFA-nın qəbul etdiyi bu qərar müvəqqəti xarakterlidir və sadəcə 2010-cu il Dünya Kubokunda qüvvədə olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar