Samsunspor İlqar Qurbanov ilə maraqlanır
30 May 2010 Bazar 14:20
İlqar Qurbanov “Samsunspor”un maraq dairəsinə düşüb.
Türkiyənin Bank Asiya 1-ci liqasında çıxış edən "Samsunspor" azərbaycanlı futbolçunu transfer etmək istəyir. Türkiyə klubu mövsüm bitən kimi "Olimpik-Şüvəlan"dan ayrılan İlqar Qurbanova elçi düşüb.

Samsunlular artıq İlqarı Türkiyəyə dəvət ediblər. Lakin futbolçu hələ də qərarını verməyib. Azərbaycan klublarından da təklif alan millinin futbolçusu hələlik Türkiyəyə dönmək üçün tərəddüd edir.

Qeyd edək ki, İlqar hələ "Sivasspor"da çıxış edərkən "Samsunspor"dan rəsmi təklif almışdı. Lakin sivaslılar futbolçumuza görə Samsun təmsilçisindən 300 min dollar transfer haqqı istədiyindən bu keçid baş tutmamışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar