Samboçularımız Qazaxıstana gedir
13 Yanvar 2011 Cümə Axşamı 23:55
Uralsk şəhərində dünya kubokunun mərhələ yarışları keçiriləcək.
Yanvarın 28-dən 31-dək Qazaxıstanın Uralsk şəhərində Nursultan Nazarbayevin mükafatı uğrunda sambo üzrə dünya kubokunun mərhələ yarışları keçiriləcək. 9 çəki dərəcəsi üzrə keçiriləcək yarışlarda Azərbaycanın idman şərəfini Ağasif Səmədov (52 kq), Elnur Əhmədov (62 kq), Namiq Sultanov (68 kq), Samir Kərimov (74 kq), Elməddin Əhmədov (82 kq) və Elşən Cəfərli (100 kq-dan yuxarı) qoruyacaq.

Yarışda yığmamız baş məşqçi Mübariz İbrahimovun rəhbərliyi altında mübarizə aparacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar