Samboçularımız Avropa çempionatında 7 medal qazanıb
14 Aprel 2009 Çərşənbə Axşamı 14:20
Yeniyetmə samboçu Səfər Aşumov bütün rəqiblərini məğlub edərək Avropa çempionatının qızıl medalını qazanıb

Litvanın Şyaulyay şəhərində yeniyetmə və gənc samboçular arasında keçirilən Avropa çempionatı başa çatıb. Azərbaycan samboçuları yarışı 7 medalla tamamlayıblar. Samboçularımızdan ən yaxşı nəticəni yeniyetmə samboçu Səfər Aşumov (65 kq) göstərib. Aşumov bütün rəqiblərini məğlub edərək Avropa çempionatının qızıl medalını qazanıb. Digər yeniyetmə samboçumuz Zülfüqar Quliyev isə yalnız final görüşündə məğlub olaraq gümüş medalla kifayətlənib. Avropa çempionatında qazanılan medallardan 5-i isə gənc samboçuların aktivindədir. Gənc samboçularımızdan ən yaxşı nəticəni yalnız final görüşündə uduzan Yaşar Abbasov (62 kq) qazanıb. Abbasov Avropa çempionatının gümüş medalına yiyələnib. İslam Cabbarov (52 kq), Elçin Ramazanov (82 kq), Məhərrəm Zeynalov (90 kq) və Mehdi Canəliyev (100 kq) isə Avropa çempionatını bürünc medalla başa vurublar./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar