Sambo üzrə Dünya çempionu öldürüldü
14 İyun 2010 Bazar Ertəsi 16:25
Qızmet Baltabek ürəyindən bıçaqlanıb.
Qazaxıstanın Temirtau şəhərində sambo üzrə gənclər arasında dünya çempionu öldürülüb. 20 yaşlı Qızmət Baltabek Qazaxıstanın Qaraqanda vilayətində qətlə yetirilib.

Hadisə idmançı Temirtau şəhərinin Dövlət Sənaye Universitetinin qarşısında avtomobilini saxlayıb düşərkən baş verib. Naməlum şəxs çempiona yaxınlaşaraq onun ürəyinə bir bıçaq zərbəsi vurub. Qızmət Baltabek hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi başlanılıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar