Saman Təhmasibi London-2012-də ilk döyüşünü uduzdu
06 Avqust 2012 Bazar Ertəsi 17:48
Təmsilçimiz Saman Təhmasibi Vladimir Gegeşidzeyə (Gürcüstan) məğlub olub.
London Olimpiadasında yunan-Roma güləşi üzrə yarışların II gününə start verilib. ANS PRESS-in məlumatına görə, pəhləvanlarımızdan ilkin olaraq Həsən Əliyev (60 kq) mübarizəyə qoşulub.
O, 1/8 finalda norveçli Andre Berqe Stiqlə üz-üzə gəlib. Gərgin keçən görüş əlavə hissədə güləşçimizin qələbəsi ilə başa çatıb. Bundan sonra döşək üzərinə Saman Təhmasibi (84 kq) şıxıb.
O, 1/8 finalda Vladimir Gegeşidze (Gürcüstan) ilə güləşib. Həmyerlimiz rəqibinə uduzub. Gürcüstan təmsilçisi finala çıxacağı təqdirdə təmsilçimiz bürünc medal uğrunda mübarizə apara bilər
DOSTLARINLA PAYLAŞ: