“Şalke04” klubunun marşında İslam peyğəmbərinin adı çəkilir
29 İyul 2009 Çərşənbə 01:10
Klubun marşının bir hissəsində “Hz. Məhəmməd də rənglər arasında mavi və bəyazı seçdi” sözləri yerləşdirilib

Almaniya Bundesliqin 1-ci liqasında mübarizə aparan və ğlkənin böyük idman klublarından olan “Şalke 04”-ün marşında İslam peyğəmbəri Hz. Məhəmmədin adı çəkilir. ANS PRESS “Haber1.com” saytına istinadən xəbər verir ki, bayrağı mavi və ağ rənglərdən ibarət olan klubun marşının bir hissəsində “Hz. Məhəmməd də rənglər arasında mavi və bəyazı seçdi” sözləri yerləşdirilib. Milyonlarla “Şalke 04” azarkeşinin dillər əzbəri olan marş 1963-cü ildə Hans J.König tərəfindən yazılıb. Ancaq İslam peyğəmbərinin bu rəngləri sevməsinə aid hər hansı bir mənbə və ya hədis göstərilməyib.
Klubun marşında, “Mohammed war ein Prophet, Der vom Fußballspielen nichts versteht, Doch aus all der schönen Farbenpracht, Hat er sich das Blau und Weiße ausgedacht“. (Hz. Muhamməd peyğəmbər idi, futboldan xəbəri yox idi. Buna baxmayaraq o, möhtəşəm rənglər arasından mavi və bəyazı seçdi) yazılıb. /ANS PRESS/   



DOSTLARINLA PAYLAŞ:

oyunlar