“Şalke” “Mançester Yunayted”ə qarşı
26 Aprel 2011 Çərşənbə Axşamı 00:50
Gözlər “Şalke”nin 33 yaşlı hücumçusu Rauldadır
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları başlayır. Bu gün “Şalke” öz meydanında “Mançester Yunayted”i qonaq edəcək.
“Şalke”nin qapıçısı Manuel Noyer komanda yoldaşı Raulun ilk yarımfinal oyununda məhsuldar oyun nümayiş etdirəcəyinə inanır. Bu barədə məlumatı UEFA-nın internet saytı yayıb. “O, son dərəcə tərbüləidir və belə oyunlarda bizim üçün gərəklidir. Raul Çempionlar Liqasınlda çox uğurlu çıxış edir. O, hər iki oyundan birində qol vurur və ingilislərin qapısına mütləq top keçirəcək”, - Manuel Noyer bildirib.
Manuel Noyerin həmkarı - “Mançester Yunayted”in qapıçısı Edvin van der Sar da hesab edir ki, ispaniyalı hücumçu onun qoruduğu qapı üçün təhlükə yaradacaq. “Onu bir saniyə də gözdən qoymaq olmaz. Çünki həddindən artıq təhlükəli oyunçudur. Qol vurmaq üçün hətta yarımfürsətdən də istifadə edir. Bizim müdafiəçilər çox diqqətli olmalıdırlır”, - “Mançester Yunayted”in qapıçısı deyib.
Raul Çempionlar Liqasının ¼ finalında “İnter”ə qarşı hər iki oyunda bir qol vurub və “Şalke” ümumi hesabda 7:3 qalib gəlib. Ümumilikdə, 33 yaşlı hücumçu hazırkı mövsümdə Avropanın ən nüfuzlu klub turnirində beş dəfə fərqlənib. Raul “Real”ın heyətində üç dəfə - 1998, 2000 və 2002-ci illərdə Çempionlar Liqasının qalibi olub.
DOSTLARINLA PAYLAŞ: