Alman klubu Milanda 5:2 hesablı sensasiyalı qələbə qazandı
Almaniyanın “Şalke” klubu UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin ilk qarşılaşmasında Milanın “İnter” klubu üzərində sensasiyalı qələbə qazanıb. Milanda keçirilən oyun qonaqarın 5:2 hesablı qəbələsi ilə başa çatıb.
Oyun “İnter”in üstünlüyü ilə başlayıb və milanlılar 1-ci dəqiqədə Deyan Stankoviç və 34-cü dəqiqədə Diyeqo Militonun qolları ilə hesabda irəli çıxıblar. Lakin Ralf Naqnikin yetirmələri Joel Matip (17-ci dəqiqə) və Edunun (40-cı dəqiqə) qolları ilə hesabı bərabərləşdirməyə nail olublar.
53-cü dəqiqədə isə “Şalke”nin ispaniyalı hückmçusu Raul komandasını hesabda irəli çıxarıb. Dörd dəqiqə sonra meydan sahiblərinin müdafiəçisi Andrea Ranokkya topu öz qapısında keçirib - 2:4.
62-ci dəqiqədə “İnter”in rumıniyalı legioneri Kristian Kivu ikinci sarı kartla meydanda qovurub və meydan sahibləri daha da çətin vəziyyətə düşüblər. Beşinci qol Julio Sezarın qapısından 75-ci dəqiqədə Edunun zərbəsindən sonra keçib.
Cavab qarşılaşması Helzenkirhendə aprelin 13-də keçiriləcək. “İnter” yarımfinala çıxmaq üçün səfərdə azı dörd qol vurmalıdır.