“Şalke-04”ün stadionu çökdü
27 Dekabr 2010 Bazar Ertəsi 10:30
Buna səbəb dam örtüyünün həddindən artıq qarla yüklənməsi olub
Almaniyanın “Şalke-04” klubunun ev oyunlarını keçirdiyi “Arena Aufşalke” stadionunun dam örtüyü çöküb. Buna səbəb güclü qar yağması nəticəsində dam örtüyünün həddindən artıq qar kütləsi ilə yüklənməsi olub.

Stadionun dam örtüyünün xüsusi materialdan hazırlanmış 40 konstruksiyasından 3-ü sıradan çıxıb. Hadisə zamanı stadionda idman tədbiri keçirilmədiyindən xəsarət alan olmayıb. Almaniya çempionatında hazırda qış fasiləsidir. Stadionun “Şalke-04”ün növbəti ev oyunlarınadək təmir ediləcəyi gözlənilir.

Xatırladaq ki, “Arena Aufşalke” stadionunda bir əvvəl də dam örtüyü çökmüşdü.



DOSTLARINLA PAYLAŞ:

oyunlar