Şakir Şıxəliyev Olimpiadaya lisenziya əldə edib
12 Yanvar 2012 Cümə Axşamı 10:09
Şakir Şıxəliyev Londona yollanacaq.
Böyük Britaniyanın paytaxtı London şəhərində kişi idman gimnastları arasında Olimpiya təsnifat turnirinə yekun vurulub. Bu ilin yayında keçiriləcək London Olimpiadasına lisenziya verən turnirdə həmyerlimiz Şakir Şıxəliyev uğurla çıxış edib.

Şakir Şıxəliyev Olimpiadaya lisenziyasını özü üçün təmin edib. Bu uğur Azərbaycanın idman gimnastikası üçün tarixi uğur sayılır. Belə ki, ölkəmiz müstəqilllik dövründən bu yana ilk dəfə idman gimnastikası növündə Olimpiadada təmsil olunacaq. Şakir Şıxəliyevin sayəsində Azərbaycan idmançılarının London Olimpiadasına əldə etdikləri lisenziyaların sayı 29-a çatıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar