Şahmatçımız Şəhriyar Məmmədyarov "sülh"ə razılıq verdi
17 İyul 2010 Şənbə 23:35
Şəhriyar Məmmədyarov Dortmund superturnirinin 2-ci turunda Macarıstan təmsilçisi ilə qarşılaşıb.
Almaniyanın Dortmund şəhərində keçirilən şahmat üzrə “Sparkassen chess meeting” turnirinin ikinci turuna yekun vurulub. Turnirə qələbə ilə başlamış həmyerlimiz Şəhriyar Məmmədyarov bu dəfə heç-heçəyə razılaşıb.
Dortmund superturnirinin 2-ci turunda şahmatçımız macarıstanlı Petr Leko ilə üz-üzə gəlib. Azərbaycan şahmatının lideri “Sparkassen chess meeting” turnirində 2-ci matçını da qara fiqurlarla kençirib.
İlk görüşdə almaniyalı Arkadiy Naydiçi məğlub edən Şəhriyar Leko ilə görüşdə xalı yarı bölüb. Turun digər görüşlərinə gəlincə, ukraynalı Ruslan Ponamaryov rusiyalı Vladimir Kramniki məğlub edərək, ardıcıl iki qələbə ilə turnirin vahid liderinə çevirilib. Li Lyam Qanqla Arkadiy Naydiçin duelində də heç-heçə qeydə alınıb. Dortmunda turnirində 3-cü turun görüşləri bu dəqiqələrdə keçirilir. Şəhriyar Məmmədyarov vyetnamlı Li Lyam Qanqla qarşılaşır. Həmyerlimiz ağ fiqurlarla oynayır.
Xatırladaq ki, yarışa iyulun 25-də yekun vurulacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: